Krivotsyukun komandasından inamlı qələbə
- 16:40
- 42
Cənubi Koreya çempionatında 34-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” evdə “Pohanq”la qarşılaşıb və 2:0 hesablı qələbəyə sevinib.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.
34 turdan sonra aktivində 58 xal olan “Daejeon” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.