
Krivotsyukun komandası səfərdə uduzdu
- 17 Avq 2025 21:00
- 43
Cənubi Koreya çempionatında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qvanqyu” ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətə üzülüb.
Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.
26 turdan sonra aktivində 42 xal olan “Daejeon” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.