Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə lider “Jeonbuk”la qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə üzülüb.


Krivotsyuk da bu qarşılaşmanın iştirakçısı olub. O, görüşə start heyətdə çıxıb və sona qədər meydanda olub.


36 turdan sonra aktivində 61 xal olan “Daejeon” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.