Krespo Meksika klubunda
- 14:00
- 29
Argentına millisinin keçmiş hücumçusu Ernan Krespo "Atlas"ın baş məşqçisi təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə Meksika klubunun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssisin müqaviləsinin müddəti açıqlanmayıb.
E.Kresponun son iş yeri bi ilin mart ayında ayrıldığı Braziliyanın "San-Paulu" klubu olub.
O, futbolçu kimi vaxtilə "River Pleyt", "Parma", "Latsio", "İnter", "Milan", "Cenoa" və "Çelsi" kimi tanınmış klublarda çıxış edib. Argentına millisinin heyətində 64 matçda 35 qol vurub.