
Koxalski "Qarabağ"dan bu səbəbdən getmək istəyir
- 15:35
- 85
"Qarabağ"ın qapıçısı Mateus Koxalskiyə Bundeslidanın bir neçə klubundan maraq var.
Rekord.az xəbər verir ki, yayılan məlumatlarda həmin klublar sırasında "Borussiya" Dortmundun da olduğu iddia olunur.
Polşalının Ağdam klubu ilə 2027-ci ilin yayına kimi müqaviləsi var. Bu mınada onun satışı "Qarabağ"a yaxşı pul qazandıra bilər. Lakin əldə etdiyimiz məlumata görə, Qurban Qurbanov Koxalskinin satılmasını istəmir. Əslində qapıçı özü də "Qarabağ"dakı durumundan razıdı. Lakin bir səbəbdən getmək istəyir ki, bu da Polşa millisinə dəvət almaq istəyidir. Bunun üçün Avopanın daha tanınan klubunda çıxış etməsi vacibdir. Koxalski də sırf bu səbəbdən "Qarabağ"ı Bundesliqaya dəyişmək istəyir.