İtaliyanın "Fiorentina" komandasının hücumçusu, 39 yaşlı Edin Dzeko UEFA Konfrans Liqasının Liqa mərhələsində 2-ci turun Avstriyanın "Rapid" komandasına qarşı keçirilən matçında fərqləndikdən sonra turnirin qol vuran ən yaşlı oyunçusu olub.


Rekord.az xəbər verir ki, bu barədə "EuroFoot" məlumat yayıb.


Bosniyalı hücumçu tarixi qolu 48-ci dəqiqədə vurub. "Fiorentina" matçda 3-0 hesabı ilə qələbə qazanıb.


Dzeko İtaliya klubuna ötən yay qoşulub. Hücumçu bu müddət ərzində bütün yarışlarda 10 oyunda meydana çıxıb və iki qol vurub. O, karyerası ərzində "Mançester Siti", "Roma", "İnter", "Volfsburq" və digər klublarda oynayıb. 39 yaşlı oyunçunun klubla hazırkı əmək müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.