Konfrans Liqasının qalibi bu axşam bəlli olacaq.


Rekord.az xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.


Oyun Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək.


Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.


Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.