Azərbaycan klublarının Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, “Neftçi” bu turnirin 2-ci təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını məğlub etsə, növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.


"Zirə" isə 2-ci raundda Estoniya təmsilçisi "Payde"ni mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.


Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq “Qarabağ” da bu mərhələdə məğlub olacağı təqdirdə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində  “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.


Xatırladaq ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.