2020/21 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların təsnifat mərhələlərindəki oyunları azarkeşsiz keçiriləcək.

Rekord.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iyulun 9-da keçirilmiş iclasında qəbul olunub.

Milli assosiasiyalarla qarşılıqlı razılıqdan sonra növbəti bildirişədək qitə futbol qurumunun bayrağı altında təşkil olunmuş matçlara fanatlar buraxılmaması məqsədəuyğun sayılıb.  

Bu qərar avrokuboklarda cari mövsümün qalan görüşlərinə də şamil olunacaq.

Qeyd edək ki, yeni mövsümdə "Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" isə Avropa Liqasında mübarizə aparacaq. Təsnifat mərhələsinin qarşılaşmaları 1 oyundan ibarət olacaq.