İyunun 14-15-nə keçən gecə Mayamidə (ABŞ) futbol üzrə klublararası dünya çempionatına start verilib.


Rekord.az xəbər verir ki, yarışın açılış matçı “Hard Rok” stadionunda keçirilib.


A qrupunda yarışan “İnter Mayami” ilə “Əl-Əhli” (Misir) üz-üzə gəlib. Matç "İnter Mayami"nin üstünlüyü ilə keçsə də, oyunda hesab açılmayıb - 0:0.


43-cü dəqiqədə "Əl-Əhli"dən Trezege penaltini qola çevirə bilməyib. 90+6-cı dəqiqədə isə Lionel Messinin ("İnter Mayami") zərbəsi qapı dirəyinə dəyib.


Növbəti turda “İnter Mayami” “Portu” (Potuqaliya) ilə, “Əl-Əhli” isə “Palmeyras”la (Braziliya) qarşılaşacaq.


Bu gün çempionat daha iki oyunla davam etdiriləcək.


Qeyd edək ki, dünya çempionatı 32 klubun iştirakı ilə keçirilir. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur. 


Turnirin final oyunu iyulun 13-də olacaq.


C qrupu


20:00. “Bayern” (Almaniya) - “Oklend Siti” (Yeni Zelandiya)


B qrupu


23:00. PSJ (Fransa) - “Atletiko” (Madrid, İspaniya)