ABŞ-ın “Portlend Timbers” klubu tarixinin ən bahalı transferini reallaşdırıb.

Rekord.az xəbər verir ki, MLS təmsilçisi 24 yaşlı futbolçu Evander da Silva üçün klubu “Mitdyulland”a (Danimarka) 9,5 milyon avro ödəyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Evander “Vasko da Qama”nın yetirməsidir. O, Danimarka klubuna 2,5 milyon avroya keçmişdi.