Futbolun İnkişaf Fondu (FİF) ağır maddi sıxıntı keçirən "Mingəçevir"ə yeni sponsor tapıb.

Rekord.az xəbər verir ki, fond bir iş adamı ilə əlaqəyə girərək onu Mingəçevir klubuna yönləndirib.

Həmin şəxs də komandanı götürmək istəyir. Lakin bir məsələ prosesə mane olur.  İş ondadır ki, klubun üst-üstə yığılıb qalan borcu 200 min manatı keçib. Yeni sponsor da təhvil-təslim zamanı bu borcu bağlamalıdır. Digər tərəfədən 200 min manat da az pul deyil. Yeni sponsor həm bu qədər pul verib borcu bağlamalıdır, daha sonra bir bu qədər də pul komanda üçün ayırmalıdır. Belə olan halda da ümumi məbləğ yarım milyonu keçir.