
Keyn millinin bugünkü matçında iştirak etməyəcək
- 14:45
- 49
İngiltərə millisinin futbolçusu Harri Keyn bu gün Uelsə qarşı keçirəcəkləri yoldaşlıq oyununu buraxacaq.
Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel ötən gün baş tutan mətbuat konfransında açıqlama verib.
Mütəxəssis hücumçunun Almaniyanın "Bayern" klubunun heyətində yüngül zədə aldığını söyləyib:
"Bu matçda oynaması onun üçün riskli olardı. İstirahət etməsi üçün şərait yaratdıq. Əminəm ki, seçmə mərhələdə Latviya ilə matç üçün hazır olacaq".
İngiltərə - Uels qarşılaşması bu gün, saat 22:45-də start götürəcək.