“Keşlə” daha bir futbolçu ilə razılığa gəlib.

Rekord.az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçunu kluba menecerlər təklif edib və baş məşqçi Tərlan Əhmədov da onun video görüntülərinə baxaraq bəyənib.

Futbolçunun özü ilə də razılıq əldə olunub və qərara alınıb ki, onu Bakıya dəvət etsinlər. Lakin pandemiya işləri yubadır. Xüsusilə Braziliyada bu xəstəlikd aha ciddi olduğu üçün futbolçunun ordan bura gəlişini təmin etmək çətindi. Öncə İstanbula, ordan da Bakıya bilet almaq lazımdır. Hələ ki, bu məsələdə problem ortaya çıxıb və klub rəhbərliyi problemi həll etməyə çalışır.