Hazırda Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq aforvardı Andre Klenon "Jamaica-star" nəşrinə açıqlama verib.

Rekord.az xəbər verir ki, 31 yaşlı hücumçu yenidən Azərbaycandan təklif aldığını söyləyib.

Klenon klubun adını açıqlamayıb: "Məqsəd daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa komandasına qayıtmaqdır, çünki orada çox klub mənimlə maraqlanır".

Bizə sızan məlumata görə isə Klenona təklif göndərən klublardan biri elə "Keşlə"dir. Paytaxt klubu sabiq futbolçuları üçün qapılarının hər zaman açıq olduğunu bildirib.

Andre Klenon 2018/2019 mövsümündə "Keşlə"də oynayıb. O, 26 oyuna 4 qol vurub.