"Kəpəz"lə bağlı xoş xəbər: büdcə artırılacaq
- 13:00
- 28
"Kəpəz"in son turda səfərdə "Karvan"ı məğlub etməsi və sonuncu pillədən qurtulması rəhbərliyi də ruhlandırıb.
Rekord.az-a daxil olan məlumata görə, komanda qışa qədər xal ehtiyatını bir qədər də artırsa və təhlükəli zonadan uzaqlaşmağı bacarsa, qışdan sonra büdcə bir qədər də artırılacaq.
Daha doğrusu, qışda daha güclü bir neçə futbolçunun alınması və daha yaxşı qış hazırlığı üçün əlavə büdcə ayrılacaq.