18 oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət ediblər.


Rekord.az xəbər  verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.


Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.