"Kəpəz"i Yevlaxdan da çıxardırlar?
- 11:00
- 46
"Kəpəz" qışdan sonra Yevlax stadionundan çıxarıla bilər.
Rekord.az xəbər verir ki, buna səbəb bu komandanın "Karvan"la birlikdə Premyer Liqada qalmaq uğurunda mübarizə aparmasıdır.
Çünki hər iki komanda rəqiblərini Yevlaxda qəbul etdiyi üçün Gəncə təmsilçsi də bu stadiona öyrəşir və "Karvan"la səfər oyunu da onu üçün ev oyunu kimi sayılır. Bundan başqa, Yevlax Gəncəyə daha yaxın olduğu üçün "Kəpəz"in ev oyunlarına daha çox gəncəli azarkeş gəlir ki, bu da onların xal qazanmaq şanslarını artırır. Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov da qışda bu məsələyə baxılacağını bildirib.