Gəncə stadionundakı şəraitsizlik qalmaqdadır. Nəzərə alsaq ki, get-getə havalar soyuyacaq, qarşıdan qış gəlir, o zaman "Kəpəz"in p-roblemləri də artacaq.

Rekord.az xəbər verir ki, Gəncə stadionunda təmir işlərinin görülməməsi, soyunub-geyinmə və duş otaqlarının bərbad durumu futbolçuları çətin vəziyyətdə qoya bilər.

Hazırda rəhbərlik futbolçuların məşqdən sonra daha rahat yuyunması üçün duş otağına əl gəzdirməyi düşünür. Təəssüflə qeyd etməliyik ki, yerli icra hakimiyyəti bu tip məsələlərdə hələ də kluba yardım etmir.