Bu yay “Kəpəz”dən ayrılan Trent Buhaqyarın yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, Malta millisinin hücumçusu Sinqapurda çıxış edəcək.


O, yüksək liqada çıxış edən “Tampins Rovers” klubu ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında Gəncə təmsilçisinə keçmişdi. O, “Kəpəz”də 14 oyuna çıxıb.