Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Rekord.az xəbər verir ki, turun açılış oyununda “Şamaxı” “Kəpəz”i qəbul edib.

Autsayder cari mövsümdə xal hesabını açmaq üçün mübarizə aparıb və bu istəyinə darmadağınla çatıb.

Bu gün həm də son çempion və liderin görüşü baş tutacaq. “Turan Tovuz” “Qarabağ”ı onun öz meydanında “qəbul edəcək”.

“İmişli” – “Qəbələ” və “Sumqayıt” – “Karvan-Yevlax” matçları sabah, “Sabah” – “Zirə” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları isə 19 oktyabrda keçiriləcək.

Misli Premyer Liqası
8-ci tur

17 oktyabr

“Şamaxı” – “Kəpəz” 1:4
Qollar: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
Şamaxı şəhər stadionu, 14:30.

Şamaxı: 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bento.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomes.
Baş məşqçi: Azər Bağırov.