Qış fasiləsi ərəfəsində "Kəpəz"in Yevlaxdan çıxarılması məsələsi yenidən gündəmə gəldi.

Rekord.az xəbər verir ki, "Karvan"ın yeni baş məşqçisi Füzuli Məmmədov hələ bir neçə tur öncə bu məsələyə baxacaqlarını demişdi.

Səbəb isə sadədir: "Kəpəz" də "Karvan" kimi Premyer Liqada qalmaq uğurunda mübarizə aparır və Yevlax təmsilçisi əsas rəqibinə qoyun açmaq istəmir. Məsələ ciddiləşəcəyi təqdirdə "Kəpəz" özünə yeni stadion axtarmalı olacaq. Bəs bu haqda Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov nə düşünür? Bağırov bizimlə söhbətdə belə bir riskin yaşanacağına inanmadığını söylədi: "Hələ ki, bizdə belə bir məlumat yoxdur".