
“Kəpəz” və “Panatinaikos” arasında əməkdaşlıq məsələləri müzakirə olunub
- 18 İyn 2025 20:30
- 42
“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.
Rekord.az xəbər verir ki, Afinada təşkil olunan yığıncaqda Gəncə kollektivinin İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak edib.
Görüşdə tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AÇ-2004-ün qalibi olub.