
"Kəpəz" Tovuz stadionunda oynamayacaq! - ÖZƏL
- 13:00
- 301
Ötən mövsüm ev oyunlarını Tovuz şəhər stadionunda keçirən "Kəpəz" daha orda oynamayacaq. "Rekord.az"-ın əldə etdiyi məlumata görə, buna səbəb meydan sahibi "Turan"ın örtüyü dəyişmək qərarına gəlməsidi. Klub rəhbərliyi meydançanın qazonunu təbii etmək istəyir və süni örtüyü yığışdırmaq qərarına gəlib.
Bu proses ən azı 3 ay çəkdiyindən hər iki klub özünə stadion tapmalı olacaq. Gəncə şəhər stadionu hələ oktyabrda hazır olacağından və III MDB Oyunları səbəbindən ən azı noyabrın sonuna qədər istifadə edilə bilməyəcəyindən bu variant da ortadan qalxır.
"Kəpəz" rəhbərliyi artıq axtarışlara başlayıb. Məlumatı klubdan təsdiqləyiblər. "Rekord.az"-a verilən açıqlamada qeyd olunur ki, müxtəlif variantlar üzərində çalışırlar: "Əsasən Gəncəyə yaxın yerlərlə danışıqlara başlamışıq. Yəqin ki, gələn həftə bu barədə qərar veriləcək".
Yazar haqqında
