"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.


"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.


Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.