"Karvan" həftəsonu "Araz Naxçıvan"la keçirəcəyi matça ciddi itkilərlə çıxacaq.

Rekordaz xəbər verir ki, zədədən əziyyət çəkən qapıçı Mateusla hücumçu Mikelsin meydançaya çıxmayacağı dəqiqləşib.

Yevlax klubunun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayev də saytımıza açıqlamasında məlumatı təsdiqləyib.