"Karvan"a getməli idi, "Kəpəz"ə keçdi
- 13 İyl 2026 15:00
- 586
Ötən mövsümü "Mingəçevir"də keçirən Kennet Kalunqa yeni mövsümə "Kəpəz"də başlayacaq.
Rekord.az-a daxil olan məlumata görə, Kalunqa əslində "Karvan"a gəlməli idi.
Bu barədə danışıq da olmuşdu, futbolçu özü də bir neçə dəfə Yevlaxa gəlib "Karvan"ın oyununu izləmişdi. Lakin Yevlax təmsilçisinin Premyer Liqanı tərk etməsi vəziyyəti dəyişib və futbolçu seçimini "Kəpəz"dən yana edib.