“Karvan-Yevlax” “Qarabağ”ı yaxşı təhlil edib” - Qurban Qurbanov
- 22:26
- 21
“Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Karvan-Yevlax"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları söyləyib:
“Futbolçularımı qələbəyə görə təbrik edirəm. Həqiqətən, intizamlı oyun nümayiş etdirdik. Bu cür qarşılaşmalarda səbir nümayiş etdirmək lazımdır. Bu rəqibə qarşı 4 gün əvvəl də mübarizə aparmışdıq. Görünən odur ki, "Karvan-Yevlax" bizi yaxşı təhlil edib. 80 dəqiqə onların qapısına qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır və oynamaq imkanı vermir. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzuli Məmmədova uğurlar arzulayıram"
"Qarabağ" - "Karvan-Yevlax" oyunu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib. Ağdam kollektivi 1/4 finalda "Şamaxı" ilə üz-üzə gələcək.