"Karvan-Yevlax" baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.


Mütəxəssisin başa çatan müqaviləsinin müddəti yenilənməyib.


Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümünü 15 xalla sonuncu sırada bitirən "Karvan-Yevlax" I Liqaya yuvarlanıb.