
"Karvan" qapıçı-məşqçi postuna bu məşqçini gətirir - ÖZƏL!
- 12:00
- 257
Premyer Liqaya vəsiqə qazanan "Karvan" qapıçı-məşqçi postuna Hüseyn Məhəmmədovu gətirir.
Rekord.az-a daxil olan məlumata görə, Yevlax təmsilçisi veteran qapıçıya təklif də göndərib.
Məhəmmədovun U-19 millisində də işlədiyini nəzərə alaraq, AFFA-nın da razılığı alınıb. Federasiya veteran qapıçının paralel olaraq klubda çalışmasına qarşı deyil. Təbii ki, millinin toplanışları zamanı mütləq millinin düşərgəsində olmaq şərti ilə. "Karvan" da buna etiraz eləmir. Bu mənada tərəflərin rəsmi anlaşma əldə etməs üçün heç bir maneə yoxdur.