
"Karvan" istədiyi futbolçularla niyə anlaşa bilmir?
- 13:00
- 130
Premyer Liqaya vəsiqə qazanan "Karvan"da heyətin gücləndirilməsi baxımından hələ ki, səssizlikdi.
Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi Kənan Kərimovun bir neçə futbolçu ilə danışığı olub və həmin futbolçular Yevlaxda oynamağa razıdır.
Lakin maddi məsələlərdə razılıq əldə olunmalıdır ki, bu da mümkün deyil. Çünki büdcə bilinmir. AFFA 2.5 milyon manatı sentyabrdan etibarən köçürməyə başlayacaq. Yay hazırlıq dönəmi və transferlər üçün əlavə maliyyə lazımdır. Bu maliyyəni isə klub rəhbərliyi, sponsor qarşılamalıdır. Deyilənə görə, onlar da bunu etmək istəmir. Bu səbəbdən də yay hazırlığı və transferlərlə bağlı məsələ açıq qalıb.