"Karvan" Azər Həşimova yarı maaş təklif edib?
- 13:00
- 32
Azər Həşimovla "Karvan" arasındakı qalmaqal davam edir.
Rekord.az xəbər verir ki, Yevlax komandası Həşimovu baş məşqçi postundan göndərsə də, bunu rəsmən açıqlamır.
Komandaya yeni baş məşqçi təyin olunan Füzuli Məmmədovun da təyinatı rəsmən açıqlanmayıb. Bütün bunların səbəbi isə Həşimova ödəniş edilməməsi üçündür. Çünki onun göndərilməsi rəsmən aç ıqlansa, gərək müqaviləyə görə may ayına qədər olan maaşı da ödənsin. Əldə etdiyimiz məlumata görə, klub məşqçiyə oktyabrdan maya kimi olan 8 ayın yox, bunun yarısı qədər olan maaşı ödəməyi və bununla da söhbəti bağlamağı təklif edib. Lakin Həşimov hələ ki, bunu qəbul etmir.