Azər Salahlı "İmişli" ilə danışıqlara başlayacaq.

Rekord.az xəbər verir ki, futbolçunun klubla 1+1 illik formatında müqaviləsi var.

Lakin razılaşaya görə + məsələsində əsas söz futbolçudadır. Əldə etdiyimiz məlumata görə, Azər "İmişli"də qalmağın əleyhinə deyil. Lakin növbəti mövsüm üçün maaşının artırılmasını istəyir. Klubla danışıqlar da məhz bu yöndə olacaq. Razılıq əldə olunsa, 32 yaşlı müdafiəçi daha bir il hazırkı klubunda forma geyinəcək.