Kadi gedir?
- 18:00
- 39
"Qarabağ"da Kadi ilə bağlı durğunluq var.
Rekord.az-a daxil olan məlumata görə, Qurban Qurbanov tam olaraq, onun oyunundan razı deyil.
Braziliyalı futbolçu zədədən sonra heç cürə əvvəlki formasını bərpa edə bilmir. Üstəlik, artıq çəkisi də var və bundan da qurtula bilmir. Bu səbəbdən Qurbanov da onunla bağlı qəti qərar verə bilmir. Hər halda, bununla bağlı bütün suallara mövsümün sonunda aydınlıq gələcək.