"Venetsiya" baş məşqçisi Covanni Stroppa ilə yeni müqavilə bağlayıb.


Rekord.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan İtaliya klubu 57 yaşlı mütəxəssislə sözləşmənin müddətini 2029-cu ilin yayına qədər uzadıb.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Stroppa 2025-ci ilin yayından "Venetsiya"nı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm B Seriyasının qalibi olaraq yenidən elitaya yüksəlib.