
İtaliya klubunda baş məşqçi ayrılığı
- 10 İyn 2025 20:00
- 105
"Leççe" baş məşqçisi Marko Campaolo ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
57 yaşlı mütəxəssislə başa çatan müqavilə yenilənməyib.
"Leççe" mövsümü 34 xalla 17-ci pillədə tamamlayıb. Komanda Campaolonun rəhbərliyi altında 26 oyunda 6 qələbə və 13 məğlubiyyətlə yadda qalıb.