
İsveç millisinin baş məşqçisi istefaya göndərildi
- 14 Okt 2025 20:00
- 52
İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson vəzifəsindən göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb İsveç millisinin qeyri-qənaətbəxş nəticələri olub. DÇ-2026-nın seçmə mərhələsində B qrupunda yer alan komanda ötən gün Kosovo ilə matçda məğlub olub - 0:1.
İsveç yığması qrupda keçirdiyi 4 oyunda 1 xal toplayaraq sonuncu - 4-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, 49 yaşlı danimarkalı mütəxəssis 2024-cü ilin martından İsveç yığmasına rəhbərlik edirdi.