Bakıda qadın voleybolçular arasında Avropa Liqasının növbəti oyunu baş tutub. "Rekord.az" xəbər verir ki, bu gün Estoniya və İsveç yığmaları üz-üzə gəliblər.

GIN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma isveçli voleybolçuların üstünlüyü ilə keçib. 3 set davam edən görüşdən İsveç qalib ayrılıb.

Qeyd edək ki, Azərbaycan millisi sabah Estoniya ilə qarşılaşacaq.


Avropa Liqası 

6 iyun

   Estoniya - İsveç 0:3 (18:25, 25:27, 21:25)