İspaniya və İngiltərə klubları finalda!
- 01:15
- 33
Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, raundun cavab oyunlarından sonra finalçılar bəlli olub.
"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.
Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəziqə qazanıb.
Final matçı mayın 27-də Leypsiq şəhərində təşkil olunacaq.
Konfrans Liqası
Yarımfinal, cavab oyunları
7 may
Strasburq (Fransa) – Rayo Valyekano (İspaniya) 0:1
Qollar: Alemao, 42.
İlk oyun 0:1.
Kristal Pelas (İngiltərə) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qollar: Pedrinyo, 25-öz qapısına. İsmaila Sarr, 52 – Equinaldo, 34.
İlk oyun 3:1