Futbol üzrə İspaniya millisi baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası (RFEF) məlumat yayıb.

RFEF 52 yaşlı mütəxəssisin köməkçiləri ilə də vidalaşıb.

Xatırladaq ki, Luis Enrike 2018-ci ildən yığmada işləyirdi. Komanda onun rəhbərliyi altında AÇ-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında Mərakeşə penaltilər seriyasında məğlub olub.