İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinaya qalib gələrək qızıl medallara sahib çıxıb.


Rekord.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda oynanılan qarşılaşmada ispanlar 1:0 hesablı qələbə qazanıblar.


Qalibiyyət qolu əlavə vaxtda vurulub. 106-cı dəqiqədə Ferran Torres qapını dəqiq nişan alıb.


Argentina millisi qarşılaşmanı 10 nəfərlə başa vurub. Enzo Fernandes 90+3-cü dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalanıb.


Xatırladaq ki, Argentina yığması bundan əvvəlki mundialın qalibi olmuşdu.