
İspan hücumçu La Liqada klubunu dəyişdi
- 12 Avq 2025 17:00
- 48
"Bayer"lə Almaniya çempionu olmuş Borxa İqlesias İspaniyanın "Selta" komandasına keçib.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Betis"dən ayrılan 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Hücumçu son mövsümü də icarə əsasında "Selta"da keçirib. Forvard 2023/2024 mövsümündə "Bayer"lə Almaniya Bundesliqasının və kubokunun qalibi olub.