İsmayıllıda "Zəfər günü"nə həsr olunmuş futbol turniri keçirilib
- 20:45
- 34
Rekord.az xəbər verir ki, yarışda şəhər 1,2,3,4,5,6,7 nömrəli, Quşencə, Talıstan və İvanovka kənd tam orta məktəblərinin komandaları iştirak edib.
Final oyununda şəhər 1 nömrəli və 5 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb, 1 nömrəli məktəbin komandası qalib olaraq birincilik qazanıb
Beləliklə,
I yer - şəhər 1 nömrəli tam orta məktəb
II yer - şəhər 5 nömrəli tam orta məktəb
III yer - Queşncə kənd tam orta məktəb.
Xatırladaq ki, yarış İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon təhsil sektoru və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.