İsmayıllıda tennis üzrə rayon turniri
- 11:15
- 36
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə peşə təhsil müəssisəsinin şagirdləri arasında "23 İyun- Beynəlxalq Olimpiya Günü" münasibətilə stolüstü tennis üzrə İsmayıllı rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təşviq etmək, stolüstü tennis idman növünün kütləviliyini artırmaq və şagirdlərin idmana marağını gücləndirmək idi.
Bu cür tədbirlər gənclərin fiziki inkişafı ilə yanaşı, onların dostluq və sağlam rəqabət ruhunda birləşməsinə də töhfə verir. Yarışın sonunda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunaraq mükafatlandırıldılar. Bu anlar iştirakçılar üçün həm qürurverici, həm də stimulverici bir motivasiya oldu.