“Uzun fasilədən sonra ikinci hissəyə köklənmək asan olmadı” - Deşam
- 06:45
- 31
Uzun fasilədən sonra İraqla matçın ikinci hissəsinə köklənmək Fransa millisi üçün asan olmayıb.
Rekord.az xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Didye Deşam İraqa qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Birinci hissəni yaxşı keçirdik. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. İkinci hissədə isə hava şəraiti səbəbindən yaranmış uzun fasiləni nəzərə alsaq, yenidən oyuna köklənmək və tam şəkildə toparlanmaq asan olmadı.
Qələbə qazanmağımız sevindiricidir. Bu gün növbəti mərhələyə vəsiqəni təmin etdik, lakin qrupdakı yekun mövqeyimizin müəyyənləşməsi baxımından üçüncü oyunun həlledici olacağına inanıram".
Qeyd edək ki, Fransa – İraq matçı 3:0 hesabı ilə yekunlaşıb.