Sumqayıtda 3x3 basketbol turniri
- 10:00
- 37
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 7 nömrəli tam orta məktəbdə “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol idman növü üzrə həvəskar gənclər arasında Sumqayıt şəhər turniri keçirilib. Turnirdə yeniyetmə və gənclərdən ibarət 8 komanda qalib adı uğrunda mübarizə aparıb.
Rekord.az xəbər verir ki, yekun nəticəyə görə “Sabah”, “Vətən”, “Spartak” komandaları müvafq olaraq birinci, ikinci və üçüncü yerləri tutub.
Yarışın qalib və mükafatçıları Regional İdarə tərəfindən diplom və medallarla təltif olunub.