İordaniya millisi ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komanda olub.


Futbolinfo.az xəbər verir ki, bu, Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun 2-ci turunun oyununda Əlcəzairə uduzması (1:2) ilə gerçəkləşib.


Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.


Xatırladaq ki, İordaniya 3-cü turda Argentina ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.