Futbol üzrə dünya çempionatında Norveç Seneqala qalib gəlib.


Rekord.az xəbər verir ki, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun 2-ci turunun matçında avropalılar 3:2 hesablı qələbəyə seviniblər.


Norveçin qollarını Markus Pedersen (43) və Erlinq Holann (48, 58) vurublar. Seneqalın heyətində isə İsmaila Sarr (53, 90+3) dublla yadda qalıb.


Qeyd edək ki, bu qrupun digər matçında Fransa İraqı 3:0 hesabı ilə məğlub edib.