“Seneqala qarşı oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi” - Solbakken
- 08:15
- 31
Seneqala qarşı keçirilən maçın sonluğu Norveç millisinin baş məşqçisi Stole Solbakken üçün uzun çəkib.
Rekord.az xəbər verir ki, bunu Avropa təmsilçisinin çalışdırıcısının özü Seneqala qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Həqiqətən görüş çox çətin keçdi. Xüsusi ilə qarşılaşmanın son anları bitmək bilmirdi. Oyunun sonluğu həyatımın ən uzun dəqiqələri idi. Bir neçə futbolçumuzun ayağında problemlər yaranmışdı. İnanırıq ki, Fransa ilə matçda da istədiyimiz nəticəyə nail ola bilərik".
Qeyd edək ki, Norveç Seneqal millisini 3:2 hesabı ilə məğlub edib.