Millimiz Tacikistan yığması ilə yoxlama oyunları keçirəcək
- 18:20
- 41
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Rekord.az xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə 2 yoxlama oyunu keçirəcək. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.
U-17-yə dəvət edilən futbolçuların siyahısını nəzərinizə çatdırırıq:
1. Ülvi Abbaslı - Sumqayıt
2. Oqtay Mehrəliyev - Qarabağ
3. Cavidan Babayev - Qarabağ
4. Ruslan Quliyev - Neftçi
5. Vaqif Nəbiyev - Qarabağ
6. Uğur Qurbanlı - Qarabağ
7. Cihad Sadıqov - Sabah
8. Roman Fərzəli - Qarabağ
9. Mehdi Hüseyn - Qarabağ
10. Rəsul Balakişiyev - Marcet (İspaniya)
11. Nicat Əhmədzadə - Marcet (İspaniya)
12. Vaqif Məmmədli - Sabah
13. Ömər Fətəliyev - Qarabağ
14. Əhəd Hacızadə - Qarabağ
15. Nihad Hüseynzadə - Sabah
16. Renat Əliyev - Neftçi
17. Davud Abullayev - Qarabağ
18. Şikar Şikar - Neftçi
19. Tunar Bayramov - Qarabağ
20. Firdovsi Şeydayev - Sabah
21. Nazim Əliyev - Srvena Zvezda (Serbiya)
22. Daniil Rəcəbov - Qarabağ
23. Ruslan Əbilov - Sabah